Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımı nəzərdə tutan Sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin gündəminə daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, sənəd gömrük nəzarətinin gücləndirilməsi və qaçaqmalçılığa qarşı birgə mübarizəni əhatə edir.
Qanun layihəsinin 2 fevral tarixində parlamentin iclasında müzakirə edilməsi planlaşdırılır.
Müzakirələrdən sonra sənədin təsdiq olunacağı gözlənilir.
Əli Hüseynov
Bakı 




