FTB Corciya ştatının Fulton dairəsi seçki komissiyasında ABŞ-də 2020-ci ilin prezident seçkiləri ilə bağlı axtarış aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News" televiziyası məlumat yayıb.
"FTB Corciya ştatının Fulton dairəsi seçki komissiyasında axtarış üçün çıxarılan qərarın icrasını həyata keçirir. Bu, 2020-ci il seçkiləri ilə əlaqədardır", - məlumatda bildirilib.
Corciya prokurorluğu 2021-ci ildən ABŞ Prezidenti Donald Trampın və onun komandasının bu ştatda 2020-ci il seçkilərinin nəticələrinə etiraz etmək cəhdləri ilə bağlı araşdırma aparırdı. 2023-cü ildə ABŞ liderinə saxtakarlıq, vəzifəli şəxsi andı pozmağa təşviq etmək cəhdi və təşkilatlanmış cinayətkarlığa qarşı yönəlmiş Cinayətkar Təşkilatlar Qanunu (RICO Act) üzrə də daxil olmaqla, 11 maddə üzrə ittihamlar irəli sürülüb.
2025-ci ilin noyabrında cinayət işi bağlanıb.
Bakı 




