• Bakı 25° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Axtarışda olan 65 nəfər xaricdən ekstradisiya edilib

CƏMİYYƏT

28 Yanvar 2026 | 16:17

Axtarışda olan 65 nəfər xaricdən ekstradisiya edilib

Keçən il axtarışda olan 65 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026