• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Qarabağ” pley-offda - YENİLƏNİB

İDMAN

29 Yanvar 2026 | 01:51

“Qarabağ” pley-offda - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

Məğlubiyyətə baxmayaraq "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb.

01:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda altıncı qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:0.

90+1-ci dəqiqədə Kyeza adını tabloya yazdırıb.

 

***01:21

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda beşinci qol vurulub.

Bkıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.

60-cı dəqiqədə Aleksis Makallister dubl müəllifi olub.

***01:17

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.

57-ci dəqiqədə Yoqo Ekitike diqqət mərkəzinə düşüb.

 

***01:11

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

50-ci dəqiqədə Məhəmməd Salah qapını dəqiq nişan alıb.

***

01:08

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə öndədirlər. 

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

***

00:59

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

***

00:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda keçirilir.

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.


SON XƏBƏRLƏR