• Bakı 18° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Reşford “Barselona”da qalacaq

İDMAN

27 Fevral 2026 | 22:35 | Müəllif: Subhan Mahmudov

Reşford “Barselona”da qalacaq

"Barselona"nın futbolçusu Markus Reşfordun gələcəyi müəyyənləşib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ingiltərəli oyunçu Kataloniya təmsilçisində qalacaq.

“Barselona” 28 yaşlı hücumçunu ötən ilin yayında "Mançester Yunayted"dən satınalma hüququ ilə icarəyə götürmüşdü. Hazırda klublar arasında transfer qiyməti ilə bağlı fikir ayrılıqları qalsa da, razılaşmanın baş tutması demək olar qaçılmaz sayılır.

Bildirilir ki, bütün tərəflər Reşfordun "Barselona"ya birdəfəlik keçidini gözləyir. Oyunçu özü də “Barselona”da qalmaq üçün maaşının azaldılmasına hazırdır.

Bu mövsüm Markus 34 matçda 10 qol vurub, 13 məhsuldar ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026