• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

“Qarabağ” daha bir legioner gətirdi

İDMAN

29 Mart 2026 | 12:01

“Qarabağ” daha bir legioner gətirdi

“Qarabağ”ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb.

Bakıvaxtı.az “sportinfo.az"a istinadən xəbər verir ki, “köhlən atlar”ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur.

Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır. O, bir neçə ay öncə sözügedən ölkəyə yollanmış Aftandil Hacıyev tərəfindən bəyənilib. Klubun futbol akademiyasının koordinatorunun Nigeriyanın Laqos şəhərində izlədiyi turnirdə diqqətini çəkmiş bu gəncin cəmi 18 yaşı var. O, yarımmüdafiə xəttində çıxış edir. Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana təşrif buyurub.


SON XƏBƏRLƏR

28 Mart 2026