q
  • Bakı 11° C

    15.51 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Millimiz dünya reytinqində birinci pilləyə yüksəldi

İDMAN

28 Aprel 2026 | 00:31

Millimiz dünya reytinqində birinci pilləyə yüksəldi

Minifutbol üzrə Azərbaycan milli komandası dünya reytinqində birinci pilləyə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb. 4085 xal toplayan komandamız tarixində ilk dəfə olaraq bu uğura imza atıb.

Reytinq cədvəlinin ikinci pilləsində 3890 xalla son Avropa çempionu Serbiya millisi yer alır. İlk "üçlüy"ü isə 3385 xalla Rumıniya komandası tamamlayır.


SON XƏBƏRLƏR

27 Aprel 2026