• Bakı 19° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Hökumət fırtınadan zərər çəkən klublara maliyyə dəstəyi göstərəcək - Bu ölkədə 

İDMAN

28 May 2026 | 00:09

Hökumət fırtınadan zərər çəkən klublara maliyyə dəstəyi göstərəcək - Bu ölkədə 

Portuqaliya hökuməti ilin əvvəlində ölkədə baş verən güclü fırtınalardan zərər çəkmiş idman klublarına maliyyə dəstəyi göstərməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət, Kommunikasiya, Gənclər və İdman naziri Marqarida Balseiro Lopes parlament komissiyasındakı çıxışında bu məqsədlə ayrılması planlaşdırılan vəsaitin 8 milyon avrodan çox ola biləcəyini bildirib.

Nazirin sözlərinə görə, ümumi dəyəri 12 milyon avro olan proqram çərçivəsində Portuqaliya Olimpiya Komitəsinə 203, Paralimpiya Komitəsinə isə 15 müraciət daxil olub. Olimpiya Komitəsi üzrə müraciətlərin ümumi dəyəri 6,2 milyon avro, Paralimpiya Komitəsi üzrə isə 748 min avro təşkil edir.

Marqarida Balseiro Lopes qeyd edib ki, hazırda proqramın digər istiqamətlərində istifadə olunmamış vəsaitlərin zərər çəkən klublara yönləndirilməsi imkanları araşdırılır. Onun sözlərinə görə, hökumət bu məsələ ilə bağlı həm Olimpiya, həm də Paralimpiya komitələri ilə birgə işləyir.

Xatırladaq ki, yanvarın sonundan martın əvvəlinə qədər Portuqaliyada baş verən “Kristin”, “Leonardo” və “Marta” siklonları ölkəyə ciddi ziyan vurub. Təbii fəlakətlər nəticəsində azı 19 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb və minlərlə yaşayış evi, müəssisə və infrastruktur obyektinə zərər dəyib. Ümumi ziyanın 5 milyard avrodan çox olduğu bildirilir./Qol.az


SON XƏBƏRLƏR

27 May 2026
26 May 2026