• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Toral Bayramov toylarında onlara forma verdi - VİDEO

İDMAN

27 May 2026 | 00:14

Toral Bayramov toylarında onlara forma verdi - VİDEO

“Kəpəz”in qapıçısı Məmməd Hüseynov subaylığın daşını atıb.

Bakıvaxtı.az xəbər verir ki, toy məclisi Bakıda yerləşən restoranların birində baş tutub.

Toyda idman ictimaiyyətinin tanınmış simaları, o cümlədən bəyin komanda yoldaşları və yaxın dostları iştirak ediblər. Gecənin ən diqqətçəkən qonaqlarından biri isə bir neçə gün öncə “Qarabağ”dan Türkiyənin 1-ci Liqasına vəsiqə qazanan “Bursaspor”a transfer olunan Toral Bayramov olub.

Milli komandamızın da üzvü olan Toral toy məclisinə əliboş gəlməyib. O, yeni komandasının rəsmi formasını və şərfini bəylə gəlinə təqdim edərək maraqlı bir jest edib.


SON XƏBƏRLƏR

26 May 2026