İranın milli yığması 2026-cı il dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Misir seçməsi ilə keçiriləcək matç zamanı LGBT atributlarından istifadə edilməməsi və bununla bağlı mərasimlərin keçirilməməsi üçün FIFA-ya rəsmi müraciət ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
"İran İslam Respublikasının Futbol Federasiyası bu məsələyə olduqca ciddi yanaşır və öz qəti mövqeyini FIFA rəhbərliyinə çatdırıb. İran və Misir dərin mədəni və dini bağları bölüşən iki müsəlman dövlətidir. Hər iki federasiyanın ifadə etdiyi baxışlar bu ölkələrin əhalisinin ortaq dəyər və inanclarını özündə əks etdirir. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, stadionda sözügedən hərəkatla bağlı hər hansı mərasim və ya reklam xarakterli tədbirlər təşkil olunmamalıdır", - deyə nəşr İran yığmasının adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərini sitat gətirib.
Qeyd edək ki, bu qarşılaşma gələn şənbə günü Sietldə yerləşən "Lümen Fild" stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 07:00-da səslənəcək.
Bakı 



