Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Arkadi Dvorkoviç vəzifəsini müvəqqəti tərk etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Dvorkoviç bunu adının Avropa İttifaqının 21-ci sanksiyalar siyahısına salınması ilə izah edib.
O, Avropa İttifaqının qərarını əsassız adlandırıb, bildirib ki, qərarla bağlı bütün mümkün hüquqi addımlar atılacaq.
Arkadi Dvorkoviç hesab edir ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin fəaliyyətinə mane ola bilər, bu səbəbdən də prezident vəzifəsindən müvəqqəti olaraq könüllü getmək qərarı verib.
FİDE-nin Nizamnaməsinə görə, Prezident səlahiyyətlərini qurumun vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.
Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilib.
Bakı 



