• Bakı 28° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Almaniya kubokunda İĞTİŞAŞ: 85 nəfər yaralandı

İDMAN

22 Avqust 2026 | 13:56

Almaniya kubokunda İĞTİŞAŞ: 85 nəfər yaralandı

Almaniya Kubokunda “Valdhof” və “Kayzerslautern” komandaları arasında keçirilən oyun zamanı baş verən iğtişaşlarda 85 nəfər xəsarət alıb.

Bakıvaxtı.az  xarici mediaya istinadla bildirir ki, hər iki klubun azarkeşləri arasında qarşıdurma yaranıb. Tərəfdarlar bir-birinə müxtəlif əşyalar, o cümlədən pirotexniki vasitələr atıblar.

Bir neçə azarkeş təhlükəsizlik baryerlərini keçərək meydana daxil olmağa müvəffəq olub.

Hadisəyə polis müdaxilə edib və bir neçə fanat saxlanılıb. Qarşıdurma zamanı 35 polis əməkdaşı məşəllərdən yaranan təsir nəticəsində yüngül xəsarətlər alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026