“Fənərbaxça” Fransanın “Marsel” klubunda çıxış edən ingiltərəli ulduz futbolçu Meyson Qrinvud ilə şəxsi razılıq əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.
Məlumata görə, “sarı-lacivərdlilər” 24 yaşlı cinah hücumçusu ilə hər bir detalda razılığa gəlib. Lakin transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir.
İstanbul təmsilçisi ingilis futbolçu üçün Fransa klubuna 30 milyon avro+bonuslar olan rəsmi təklif göndərməyə hazırlaşır. Lakin “Marsel” rəhbərliyinin Qrinvud üçün transfer qiyməti gözləntisi daha yüksəkdir. Belə ki, Fransa klubu ulduz oyunçu üçün 50-55 milyon avro tələb edir.
Qeyd edək ki, bir müddət əvvəl “Fənərbaxça”da prezidentliyə namizədlərdən olan Hakan Safi də Qrinvud ilə razılıq əldə etdiyini, lakin klubu ilə danışıqların hələ yekunlaşmadığını bildirmişdi.
Bakı 



