“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil”.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxacağı ilə bağlı yayılan məlumatlar əsassızdır.
Baş nazir qeyd edib ki, özü hazırda həm Ali Avrasiya İqtisadi Şurasının, həm də Avrasiya Hökumətlərarası Şurasının üzvüdür: “Ermənistan nəinki Aİİ-dən çıxmağa hazırlaşır, əksinə, mən Aİİ-nin bu iki ali idarəetmə orqanında təmsil olunan yeganə rəsmisiyəm”.
Paşinyan əlavə edib ki, 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək: “7 iyundan sonra mandat alsam, işə qayıdacağam və görəcəksiniz ki, bütün panik ifadələr neytrallaşdırılacaq. Aİİ formatına qayıdacağam, həmkarlarımın gözlərinin içinə düz baxacağam və bütün arqumentləri masa üzərinə qoyacağam”.
O həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən səsləndirilən “Ermənistan kimə lazımdır?” fikrinə də münasibət bildirib: “Bu ifadənin siyasi nəticələri olmalıdır. Nəticə olaraq da Ermənistan heç vaxt alternativsiz qalmayacaq. Tək yol, tək boru, tək müttəfiq ümidi ilə qalmayacağıq”.
Bakı 




