• Bakı 24° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Türkiyə XİN başçısı İsraildən DANIŞDI: "...icazə verilməsin!"

SİYASƏT

26 Iyun 2026 | 20:50

Türkiyə XİN başçısı İsraildən DANIŞDI: ...icazə verilməsin!

"ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşma memorandumunun imzalanmasından çox məmnunuq. Həmçinin, bu atəşkəsin Livanı da əhatə etməsini müsbət bir inkişaf kimi qiymətləndiririk".

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazından fasiləsiz və sərbəst keçidin təmin edilməsi vacibdir:

"Türkiyə olaraq, ABŞ və İran arasında davam edən danışıqlar prosesinə töhfə verməyə davam edəcəyik. İsrailin bu danışıqları sabotaj etməsinə icazə verilməməlidir və beynəlxalq ictimaiyyət bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR