• Bakı 19° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İranın Ermənistana satdığı silahın adı məlum oldu

DÜNYA

27 May 2026 | 16:35

İranın Ermənistana satdığı silahın adı məlum oldu

Ermənistan İran istehsalı olan AD-08 “Məcid” qısamənzilli hava hücumundan müdafiə sistemini əldə edib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bununla da Ermənistan sözügedən HHM kompleksinin ilk xarici operatoru olub.

Məlumata görə, sistem İran və Ermənistan arasında 2024-cü ilin iyulunda imzalanmış 500 milyon dollarlıq gizli silah müqaviləsi çərçivəsində tədarük edilib.

Qeyd edək ki, AD-08 “Məcid” elektro-optik və infraqırmızı hədəf aşkarlama sistemi ilə çalışır və o, radar siqnallarından minimum istifadə etdiyi üçün aşkarlanması çətin hesab olunur. AD-08 “Məcid” sistemi dronları, helikopterləri və aşağı hündürlükdə uçan digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleks həmçinin qanadlı raketlərə qarşı yaxın məsafəli müdafiə təmin edir. Sistem hava hədəflərini elektro-optik və infraqırmızı avadanlıqlar vasitəsilə aşkarlayır, radar istifadə etmədən onları gizli şəkildə izləyərək zərərsizləşdirə bilir. AD-08 “Məcid” eyni anda bir neçə hədəfə qarşı fəaliyyət göstərmək imkanına malikdir. Mobil platforma üzərində yerləşdirildiyi üçün sürətli mövqe dəyişərək operativ hava müdafiəsi yaratmağa imkan verir.


SON XƏBƏRLƏR

26 May 2026