• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Uzak Şehir"də sürpriz ayrılıq

ŞOU

26 May 2026 | 21:28 | Müəllif: Subhan Mahmudov

"Uzak Şehir"də sürpriz ayrılıq

"Uzak Şehir" serialında Demir Baybars obrazını canlandıran Ferit Kaya layihədən ayrılır.

Bakıvaxtı.az bildirir ki, aktyor mövsüm finalından sonra seriala vida edəcək. Bildirilib ki, çəkiliş heyəti Ferit Kaya üçün xüsusi vida mərasimi təşkil edib və aktyora tort kəsilib.

Serialda sərt xarakterlərdən biri kimi tanınan Demir Baybars xüsusilə Albora ailəsi ilə yaşadığı qarşıdurmalarla diqqət çəkirdi.

Ferit Kaya sosial şəbəkə hesabında da "Sənin üçün darıxacağam, Demir Baybars" paylaşımı edib.

Baş rollarında Ozan Akbaba və Sinem Ünsalın yer aldığı serialın 63-cü bölümdə mövsüm finalı edəcəyi bildirilib. Layihə iyunun 1-dən etibarən yay fasiləsinə çıxacaq.

Məlumata əsasən, serialda Boran obrazını canlandıran Burç Kümbetlioğlu və Şahin rolunda çıxış edən Alper Çankaya da mövsüm sonunda heyətlə vidalaşacaq.

Qeyd edək ki, "Uzak Şehir" 2017-ci ildə yayımlanan Livan istehsalı Al Hayba serialının Türkiyə adaptasiyasıdır. Serialın süjeti həyat yoldaşının ölümündən sonra Kanadadan Mardinə gələn Alya Alboranın yaşadığı hadisələr ətrafında qurulub. (Demokrat.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026