• Bakı 25° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Aytən Səfərova maklerliyə başladı 

ŞOU

25 Iyun 2026 | 10:53

Aytən Səfərova maklerliyə başladı 

Aytən Səfərova aparıcı kimi deyil, daşınmaz əmlak dəllalı kimi diqqəti özünə cəlb edib.

Bakıvaxtı.az yenisabah-a istinadla xəbər verir ki, o, şəbəkə hesabında ev satışı ilə bağlı paylaşım edib.

Paylaşımda qeyd olunan ünvan Xətai rayonu, Ali Hərbi Məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evidir. 

Paylaşımda qeyd edilir ki, 3 otaqlı həyət evinin satış qiyməti 180 min manatdır.

Aparıcının paylaşımına istifadəçilər də biganə qalmayıb. Şərhlərdə evin kvadratmetri, dəqiq ünvanı və qiyməti ilə maraqlananlar az olmayıb. Bəzi izləyicilər isə zarafatla Aytən Səfərovanın televiziyadan sonra maklerlik fəaliyyətindən sahəsinə də başladığını yazıblar.

Aparıcı qeyd edib ki, paylaşdığı ev özünə məxsus deyil və sadəcə satışa dəstək məqsədilə paylaşılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026