• Bakı 25° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Qurum rəhbərlərinin qəbul cədvəli - SİYAHI

SİYASƏT

25 Iyun 2026 | 11:08

Qurum rəhbərlərinin qəbul cədvəli - SİYAHI

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayacaq.

Qəbul cədvəlinə əsasən, 1 iyulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşada vətəndaşları qəbul edəcək. 3 iyulda isə ədliyyə naziri Fərid Əhmədov Balakəndə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatalada, gənclər və idman naziri Fərid Qayıbov Ağdamda, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xaçmazda, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qazaxda, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov isə Qobustanda qəbul keçirəcək.

Cədvələ görə, 7 iyulda daxili işlər naziri Vilayət Eyvazov Lerikdə, 9 iyulda iqtisadiyyat naziri Mikayıl Cabbarov Qaxda, 10 iyulda baş prokuror Kamran Əliyev Balakəndə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sumqayıtda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qaxda, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə Şəkidə vətəndaş qəbulu aparacaq.

17 iyulda baş prokuror Kamran Əliyev Samuxda, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şəmkirdə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Füzulidə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xankəndidə, 21 iyulda isə Kamran Əliyev Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək.

Qrafikə əsasən, 24 iyulda energetika naziri Pərviz Şahbazov Goranboyda, elm və təhsil naziri Emin Əmrullayev Saatlıda, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli Şuşada, TƏBİB-in icraçı direktoru Anar Bayramov Qobustanda, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev isə Ağstafada qəbul keçirəcək.

Bundan başqa, 27 iyulda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Oğuzda, 29 iyulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Goranboyda, 31 iyulda isə mədəniyyət naziri Adil Kərimli Qusarda vətəndaş qəbulu aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026