Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kənan Seyidov Vətən müharibəsi şəhidi Ülvi Habil oğlu Cəfərovun ailəsini ziyarət edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, general-leytenant Kənan Seyidov şəhidin valideynləri ilə səmimi söhbət aparıb, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı şəhid Ülvi Cəfərovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq ehtiramla yad edilib, onun əziz xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunda şəhid ailələrinə göstərilən diqqət və ehtiram dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir.
Sözügedən görüntüləri təqdim edirik.
Murad İsmayıl
Bakı 



