Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Prezidentin iştirakı planlaşdırılıb, bu doğrudur”, - o, jurnalistlərə bildirib.
Qeyd edək ki, ŞƏT-in dövlət başçılarının iştirakı ilə keçiriləcək sammit 31 avqust-1 sentyabr tarixlərinə planlaşdırılıb.




