• Bakı 25° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Vadeful: Aİ İsrailə sanksiyalar tətbiq edə bilər

SİYASƏT

22 Avqust 2026 | 17:59

Vadeful: Aİ İsrailə sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) İsrailə qarşı yeni sanksiyaların tətbiqini müzakirə edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Neue Berliner Redaktionsgesellschaft” media qrupuna müsahibəsində bildirib. Nazir İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza sakinlərinin öldürülməsi ilə bağlı açıqlamalarından sonra yeni sanksiyaların mümkünlüyünü istisna etməyib. “Aİ artıq israilli məskunlaşma təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Biz bunu dəstəkləyirik. Bu səviyyədə yeni tədbirləri, xüsusilə nazir Ben-Qvirlə bağlı tədbirləri müzakirə edəcəyik”, – Vadeful bildirib. Bundan əvvəl Ben-Qvir iki ildən artıq Qəzza sektorunda girov saxlanılmış Rom Braslavski ilə müsahibəsində İsrailin hər gecə Qəzzada 30-40 nəfəri öldürməli olduğunu söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026