• Bakı 29° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Daha bir ölkə "Məkkə Sazişi"nə qoşulmaq istəyir

SİYASƏT

22 Avqust 2026 | 13:01

Daha bir ölkə "Məkkə Sazişi"nə qoşulmaq istəyir

Banqladeş Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında mümkün müdafiə əməkdaşlığı formatına qoşulma məsələsini nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Banqladeş Baş nazirinin müşaviri Məhəmməd Kabir bildirib.

Onun sözlərinə görə, Dəkkə xarici siyasətdə “Öncə Banqladeş” prinsipini əsas götürür və ölkənin milli maraqlarına uyğun əməkdaşlıq imkanlarını qiymətləndirir.

“Banqladeş "Öncə Banqladeş" siyasətinə sadiqdir və milli maraqları, eləcə də dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq iqtisadi və ya müdafiə ittifaqında iştirak imkanını nəzərdən keçirməyə hazırdır”, – deyə Kabir qeyd edib.

Müşavir bildirib ki, Banqladeş üçün hər hansı yeni regional və ya beynəlxalq əməkdaşlıq formatında əsas meyar ölkənin təhlükəsizlik və iqtisadi maraqları olacaq.

Bu açıqlama Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında müdafiə sahəsində "Məkkə Sazişi"nin  imzalandığı vaxtda səslənib. 

Banqladeşin mümkün iştirakı Cənubi Asiya, Yaxın Şərq və Türkiyə arasında təhlükəsizlik əlaqələrinin daha da genişlənməsinə səbəb ola bilər.

Dəkkənin belə bir əməkdaşlığa qoşulması halında formatın iqtisadi, müdafiə və strateji sahələri əhatə edə biləcəyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026