• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Mədəniyyət naziri vacib tədbirin açılışında - FOTO

MƏDƏNİYYƏT

25 Iyun 2026 | 10:03

Mədəniyyət naziri vacib tədbirin açılışında - FOTO

İyunun 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistan Respublikasına səfəri çərçivəsində “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin təntənəli açılış mərasimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, Türk dünyasının ortaq tarixi-mədəni irsinin təşviqinə və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən tədbirdə türk dövlətlərinin mədəniyyət nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Əndican şəhərinin zəngin tarixi, qədim mədəni ənənələri və türk-islam sivilizasiyasının inkişafındakı rolunu vurğulayaraq layihənin türk xalqları arasında mədəni həmrəyliyin və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində Türk dünyasının musiqi və rəqs kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub, müxtəlif xalqların zəngin mədəni irsi nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakı ölkəmizin Türk dünyası ilə mədəni əlaqələrin dərinləşdirilməsi, ortaq irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürü kimi dəyərləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026