• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" konserti ilə başa çatdı

MƏDƏNİYYƏT

20 Iyul 2026 | 09:21

Vaqif Poeziya Günləri Sözün Zəfəri – Zəfərin sədası konserti ilə başa çatdı

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16–18 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərinə Şuşada təşkil olunan "Sözün Zəfəri – Zəfərin sədası" adlı möhtəşəm konsert proqramı ilə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 18-də Xurşidbanu Natəvanın evinin qarşısında baş tutan konsertdə görkəmli Azərbaycan bəstəkarları Rauf Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımi və digər müəlliflərin əsərləri səsləndirilib.

Konsert proqramında xalq mahnıları da ifa olunub, Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında milli rəqslər nümayiş etdirilib.

Tədbirdə Əməkdar artistlər Rəşad İlyasov, Babək Niftəliyev və Aqşin Abdullayev, həmçinin solistlər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Günay İmamverdiyeva, Nurlanə Abdullayeva, Arif Mehmandost, Habil Məmmədov və şagirdləri, eləcə də II Uşaq İncəsənət Festivalının qalibi Mehdi Niftəliyevin ifasında səslənən musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Doğma yurduna qayıdan şuşalıların və şəhərin qonaqlarının iştirak etdiyi konsert Vaqif Poeziya Günlərinin yaddaqalan yekun tədbiri olub. Bununla da, Azərbaycan söz və sənətinin təntənəsini əks etdirən daha bir Vaqif Poeziya Günləri tarixə qovuşub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026