Bu gün görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Bakıvaxtı.az xəbər verir ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
14 yaşında ilk dəfə səhnəyə çıxan sənətkar 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, İtaliyanın məşhur “La Skala” teatrında təcrübə keçib, daha sonra opera və estrada səhnəsində böyük uğurlar qazanıb.
Müslüm Maqomayev 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda çıxış edib. 1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub.
Sənətkar SSRİ xalq artisti (1973), “Şöhrət” ordeni və “İstiqlal” ordeni laureatı olub. O, həmçinin Azərbaycan SSR xalq artisti adına layiq görülüb.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə Moskvada vəfat edib və Bakıda, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, bu gün sənətkarın anadan olmasının 84-cü ildönümüdür.
Bakı 



