• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kinematoqrafçılar İttifaqına sədri seçildi - YENİLƏNİB

MƏDƏNİYYƏT

11 Sentyabr 2026 | 12:29 | Müəllif: Əli Hüseynov

Kinematoqrafçılar İttifaqına sədri seçildi - YENİLƏNİB

Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib .

Bakıvaxtı.az xəbər verir ki, səs çoxluğu ilə Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib

***

11:52

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) konfransı keçirilir. 

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan konfransın gündəliyində əsas məsələ sədr seçkisidir. 

Daha əvvəl Xalq artisti Şəfiqə Məmmədovanın qarşıdakı konfransda İttifaqın sədri vəzifəsinə irəli sürüləcək yeganə namizəd kimi yekdilliklə seçildiyi məlum olmuşdu.

AKİ-nin bir sıra üzvləri isə ötən axşam sədr vəzifəsinə Azərbaycanın Xalq artisti Həmidə Ömərovanın namizədliyini irəli sürüb. 

Qeyd edək ki, AKİ-nin sədri Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib. Qurumun katibi olan 52 yaşlı Əli İsa Cabbarovun da namizədliyi irəli sürmüşdü. Ötən ay isə o, namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini bildirmişdi. Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026