"Mədəniyyət Nazirliyi tərəfindən görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının vəziyyəti ilə bağlı məsələ diqqətə götürülüb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məzarın mövcud vəziyyəti aidiyyəti qurumlarla birgə nəzərdən keçiriləcək və zəruri tədbirlərin görülməsi imkanları qiymətləndiriləcək: "Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının baxımsız olduğunu, baş daşının uçduğunu əks etdirən görüntü paylaşılıb.
Bakı 



