• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Müslüm Maqomayev doğum günündə yad edilir - YENİLƏNİB

MƏDƏNİYYƏT

17 Avqust 2026 | 17:28

Müslüm Maqomayev doğum günündə yad edilir - YENİLƏNİB

Avqustun 17-də SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və sənətkarın həyat yoldaşı, SSRİ Xalq artisti, opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığından söz açıblar.

    Onlar sənətkarın doğma vətəni Azərbaycana dərin bağlılığını vurğulayıblar.

    Çıxışlarda Müslüm Maqomayevin zəngin yaradıcılığından, Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs edilib.

    Xatırladaq ki, Müslüm Maqomayev bir sıra beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edib, birinci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbərlik etdiyi simfonik orkestrlə birlikdə keçmiş Sovet İttifaqının şəhərlərində, həmçinin Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.

    Müslüm Maqomayev 1964-cü ildə Azərbaycanın "Əməkdar artisti", 1971-ci ildə "Xalq artisti", 1973-cü ildə isə SSRİ-nin "Xalq artisti" fəxri adlarına layiq görülüb. 1997-ci ildə müstəqil Azərbaycanın "Şöhrət", 2002-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif olunub. 2008-ci il oktyabrın 25-də vəfat edib.

    ***

    16:54

    Dünya şöhrətli müğənni, Xalq artisti Müslüm Maqomayevin doğum günü ilə əlaqədar bu gün Fəxri Xiyabanda anım mərasimi keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edir, böyük sənətkarın məzarı ziyarət olunur.

    Zeynəb Rzayeva


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR