• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

"Müslüm Maqomayevin irsi bundan sonra da yaşayacaq” - Nazir müavini

MƏDƏNİYYƏT

17 Avqust 2026 | 16:48

Müslüm Maqomayevin irsi bundan sonra da yaşayacaq” - Nazir müavini

“Müslüm Maqomayev həmişə bizim qəlbimizdə olacaq, o, öz mahnılarında yaşayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.   

O bildirib ki, Müslüm Maqomayev yalnız Azərbaycan xalqının böyük oğlu və sənətkarı deyil, həm də bəşəriyyətə məxsus böyük dahi sənətkarlardan biridir.

Səadət Yusifovanın sözlərinə görə, sənətkarın nadir vokal imkanları və zəngin yaradıcılığı təkcə Azərbaycan musiqi irsinin deyil, dünya musiqisinin də bir hissəsidir.

O qeyd edib ki, 17 avqust – Müslüm Maqomayevin doğum günü bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Səadət Yusifova vurğulayıb ki, böyük sənətkarın mahnıları bu gün də yaşayır və o, özündən sonra böyük sənət məktəbi qoyub gedib.

Onun irsinin bundan sonra da yaşayacağına inam ifadə edən nazirlik rəsmisi Müslüm Maqomayevin böyük insan və sənətkar kimi hər zaman xatırlanacağını qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR