• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Milli geyimlərin müasir modaya inteqrasiyası müzakirə olunub

MƏDƏNİYYƏT

20 Iyul 2026 | 09:32

Milli geyimlərin müasir modaya inteqrasiyası müzakirə olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə iyulun 17-də nazir müavini Səadət Yusifovanın rəhbərliyi altında "Milli geyimlərin stilizasiyası: müasir problemlər və həlli yolları" mövzusunda işgüzar görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə milli geyim standartlarının hazırlanması üzrə Alt Komitənin üzvləri, moda dizaynerləri, özəl sektor nümayəndələri, geyim istehsalçıları və yaradıcı sənaye sahəsinin digər təmsilçiləri iştirak ediblər.

Tədbirdə milli geyimlərin qorunması və müasir modaya elmi əsaslarla inteqrasiyası, stilizasiya prosesində tarixi, bədii və semantik xüsusiyyətlərin saxlanılmasının əhəmiyyəti, milli geyim elementlərinin gündəlik istifadəyə qaytarılması, yerli brendlərin inkişafı və kütləvi istehsal imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir müavini Səadət Yusifova çıxışında bildirib ki, milli geyimlərin müasir modaya inteqrasiyası təsadüfi yanaşma deyil, elmi tədqiqatlara, mütəxəssislərin əməkdaşlığına və institusional dəstəyə əsaslanan davamlı proses olmalıdır. Onun sözlərinə görə, milli geyim yalnız muzey eksponatı kimi deyil, həm də gündəlik həyatın və müasir yaradıcı sənayelərin ayrılmaz hissəsinə çevrilməlidir.

Görüş zamanı iştirakçıların təklifləri dinlənilib, beynəlxalq təcrübə nümunələri müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Qeyd edilib ki, təşəbbüs "Azərbaycan mədəniyyəti – 2040" Konsepsiyasında nəzərdə tutulan mədəni irsin müasir yaradıcı sənayelərlə əlaqələndirilməsi, milli mədəni dəyərlərin innovativ yanaşmalar əsasında yaşadılması, yaradıcı iqtisadiyyatın inkişafı və mədəni irsdən davamlı istifadənin təşviqi istiqamətlərinin icrasına xidmət edir.

Mədəniyyət Nazirliyi milli geyim irsinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi məqsədilə dövlət qurumları, elmi müəssisələr, dizaynerlər, istehsalçılar və digər maraqlı tərəflərlə əməkdaşlığın bundan sonra da genişləndirilməsini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR