• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Deputat: Yol hərəkətində aqressiya qəzaların əsas səbəblərindən biridir

SİYASƏT

25 Iyun 2026 | 11:57

Deputat: Yol hərəkətində aqressiya qəzaların əsas səbəblərindən biridir

Yol hərəkətində aqressiv davranış qəzaların baş verməsində əsas amillərdən biri olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihələr çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

Deputat bildirib ki, yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirən və xəsarət alan insanların sayı problemin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir. Onun sözlərinə görə, bu məsələ artıq dünya miqyasında ən aktual təhlükəsizlik problemlərindən birinə çevrilib.

Arzuxan Əlizadə qeyd edib ki, yol hərəkəti qaydaları ilə bağlı biliklərin artırılması üçün orta məktəblərin tədris proqramlarına xüsusi mövzuların daxil edilməsi vacibdir. O vurğulayıb ki, təkcə qaydaları öyrətmək kifayət etmir, çünki bəzi hallarda həm sürücülər, həm də piyadalar qaydaları bildikləri halda belə onları pozurlar.

Millət vəkili maarifləndirmə tədbirlərinin davam etdirildiyini, lakin bu sahədə əldə olunan nəticələrin hələ də arzuolunan səviyyədə olmadığını diqqətə çatdırıb.

Deputat ölkədə yol və piyada infrastrukturunda da müəyyən problemlərin qaldığını deyib. Onun sözlərinə görə, bəzi ərazilərdə yolların, piyada zolaqlarının və körpülərin tikintisi ilə bağlı çatışmazlıqlar hələ də mövcuddur.

Arzuxan Əlizadə əlavə edib ki, yollardakı nəqliyyat sıxlığı həm sürücülərdə, həm də piyadalarda aqressiya yaradır. Bu psixoloji gərginlik isə yol hərəkəti iştirakçılarının davranışına mənfi təsir göstərərək qəza riskini artırır.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026