Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.
Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.
***
08:45
Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub.
Bakıvaxtı.az-ın məlumatına görə, daxili işlər naziri Diosdado Kabello bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.
"Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub", - daxili işlər naziri deyib.
Karakasdakı Altamira və Palos Grandes seysmik cəhətdən aktiv ərazilərində yaşayış binaları da daxil olmaqla bir neçə bina uçub və insan itkiləri ilə nəticələnib. Kabelyo əlavə edib ki, paytaxtın digər ərazilərində də dağıntılar olub və ölüm halları qeydə alınıb.
Nazir bildirib ki, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis bölmələri və mülki müdafiə könüllüləri zədələnmiş binaları təmizləyir və zərərçəkənlərə yardım göstərirlər. O, vətəndaşları zədələnmiş binaları tərk etməyə, yaralılara kömək göstərməyə və nəqliyyata mane olmamağa çağırıb.
Qeyd edək ki, Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Bakı 



