• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Deputat maaşından imtina etdiyini açıqladı

DÜNYA

24 Iyul 2026 | 23:57 | Müəllif: Subhan Mahmudov

Deputat maaşından imtina etdiyini açıqladı

Ermənistan Parlamentində “Güclü Ermənistan” Partiyasının üzvü Narek Karapetyan maaşından imtina edəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni siyasətçi məhkəmənin həyətində jurnalistlərə açıqlamasında bildirib.

“Mən parlamentdə maaş almayacağam, imtina edəcəyəm. Bütün fraksiya isə mükafat pullarından (premiya) imtina edəcək”, – deyə Karapetyan vurğulayıb.

O, həmçinin, böyük ehtimalla, parlamentdəki fraksiyaya şəxsən rəhbərlik edəcəyini qeyd edib.

Parlamentin müxalifətdən olan vitse-spiker namizədinə gəlincə, Karapetyan bildirib ki, namizəd irəli sürüb-sürməyəcəkləri ilə bağlı hələlik yekun qərarları yoxdur.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu bundan bir neçə gün öncə Narek Karapetyana qarşı cinayət işi qaldırdığını elan etmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026