• Bakı 28° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

ABŞ və Kanada arasında razılaşma baş tutmadı

DÜNYA

23 Avqust 2026 | 16:51

ABŞ və Kanada arasında razılaşma baş tutmadı

ABŞ və Kanada arasında ticarət tarifləri ilə bağlı razılaşma Ottavanın son anda şərtlərə dəyişiklik etməsi səbəbindən baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Ağ Evin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib ki, Kanada tərəfi son anda ABŞ-ın 1962-ci il tarixli qanununun 232-ci bölməsinə əsasən tətbiq edilən tariflərlə bağlı müddəalara dəyişikliklər edib.

“Reallıq ondan ibarətdir ki, kanadalılar son anda 232-ci bölməyə əsasən tətbiq edilən tariflərlə bağlı müddəalarda dəyişiklikləri davam etdirdilər və bu, danışıqların pozulmasına böyük ölçüdə səbəb oldu”, - Ağ Evin nümayəndəsi deyib.

Nəşrin digər mənbələri isə əsas fikir ayrılığının ağır yük avtomobillərinə tətbiq edilən tariflərlə bağlı olduğunu bildiriblər.

Kanada tərəfi isə razılaşmanın baş tutmamasına görə ABŞ-ı günahlandırıb. Kanada rəsmilərinin sözlərinə görə, fikir ayrılığı ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir ilə ABŞ Ticarət naziri Hovard Latnik arasında yaranıb.

“Politico”nun məlumatına görə, Qrir Latnikin nəzarətində olan sahələr üzrə müəyyən güzəştlərə getməyə hazır olub. ABŞ rəsmisi isə nəşrə açıqlamasında tərəflər arasında münaqişə olduğunu təsdiqləməyib və vəziyyəti “faktların müəyyən təhrif edilməsi” kimi qiymətləndirib.

Nəşrin başqa bir mənbəsi isə danışıqların son anda tərəflərin bir-birini şərtləri dəyişdirməkdə ittiham etməsi səbəbindən pozulmasını təəccüblü hesab etmədiyini bildirib.

Qeyd edək ki, Kanada Baş naziri Mark Karni daha əvvəl ABŞ-la ticarət danışıqlarının dayandırıldığını açıqlayıb. O, həmçinin ABŞ-dan idxal olunan mallara eyni həcmdə cavab tariflərinin tətbiq ediləcəyini bildirib. Bu tariflərin sentyabrın 8-dən qüvvəyə minməsi planlaşdırılır.

Ceymison Qrir isə Kanada hökumətinin Vaşinqtonun sərfəli hesab etdiyi razılaşmadan imtina etdiyini bildirib. ABŞ-ın müəyyən Kanada mallarına tətbiq etdiyi 50%-lik gömrük tarifləri şənbə günü qüvvəyə minib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR