• Bakı 23° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir

DÜNYA

22 Sentyabr 2026 | 15:11 | Müəllif: Əli Hüseynov

“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir

“İran Air”in İstanbul, Bakı və Nəcəf şəhərləri üzrə reysləri davam edir.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə “İran Air”in yaydığı açıqlamada bildirilib.

    Qeyd edilib ki, Türkiyə, Azərbaycan və İraqın aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf reyslərinin dayandırılması və ya təxirə salınması ilə bağlı indiyədək heç bir rəsmi bildiriş və ya göstəriş daxil olmayıb.

    “İran Air” bildirir ki, hər hansı rəsmi bildiriş daxil olana qədər bu istiqamətlərə uçuşlar mövcud cədvələ uyğun həyata keçiriləcək.

    Açıqlamada o da qeyd olunub ki, rəsmi bildiriş daxil olduqdan sonra uçuş cədvəlində hər hansı dəyişiklik edilərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Oktyabr 2026