• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Qanvermədə ilk iştirak edən şəxs o oldu - FOTO

SİYASƏT

25 Iyun 2026 | 09:16

Qanvermədə ilk iştirak edən şəxs o oldu - FOTO

Bu gün Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, aksiyada ilk qan verən şəxs Ramin Məmmədov olub. O, təşəbbüsə qoşularaq humanitar aksiyaya dəstək verib.

Xatırladaq ki, aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Aksiyanın əsas məqsədi qan ehtiyatının artırılmasına töhfə vermək, eyni zamanda cəmiyyətdə donor mədəniyyətini təşviq etməkdir.

Qanvermə aksiyasının gün ərzində davam edəcəyi bildirilir.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026