• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Tramp: "Venesuelaya kömək etməyə hazırıq"

DÜNYA

25 Iyun 2026 | 09:38

Tramp: Venesuelaya kömək etməyə hazırıq

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

    “İki güclü zəlzələ Venesuela xalqına böyük zərbə vurub, həm də çoxlu insan itkisinə səbəb olub. ABŞ kömək etməyə hazırdır və buna qadirdir. Hökumətimizin bütün qurumlarına tez bir zamanda hərəkətə keçmək üçün hazır olmağı tapşırmışam. Yeni və əla dostlarımız üçün orada olacağıq. Gələn ilkin məlumatlar heç də yaxşı deyil”, - deyə Tramp qeyd edib.

    Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.

    Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez 32 nəfərin öldüyünü, 700 nəfər xəsarət aldığını açıqlayıb.

    Xeyli insanın itkin düşdüyü bildirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Iyun 2026