• Bakı 29° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq

DÜNYA

24 Iyul 2026 | 21:49

Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq

Türkiyə böyük bir ölkədir, bizdən səkkiz dəfə böyükdür. Bunu həmişə nəzərə almalıyıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Miçotakis yerli mediaya müsahibəsində deyib.

“Buna görə də istəyirəm ki, Yunanıstanın həmişə elə güclü bir çəkindiricisi olsun ki, heç kim Yunanıstanın suverenliyinə və suveren hüquqlarına meydan oxumağı ağlına belə gətirməsin.

Və indi özümüzü məhz bu vəziyyətdə tapırıq və getdikcə daha da güclənəcəyik”, - o bildirib.

Qeyd edək ki, Yunanıstanın sahəsi 132 min kv.km, əhalisi 10 milyondan bir az çoxdur.

Türkiyənin ərazisi 874 min kv.km, əhalisi isə 86 milyon nəfərdən çoxdur.

Türkiyə NATO-nun ikinci ən qüdrətli ordusuna sahibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR