Sosial şəbəkələrdə Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində aşkarlanan avtomobillə bağlı yayılan məlumatları polis əməkdaşları araşdırıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, araşdırmalarla nəqliyyat vasitəsinin sahibi müəyyən edilib.
Məlum olub ki, həmin avtomobil xuliqanlıq zəminində baş vermiş hadisədən sonra ərazidə saxlanılaraq tərk edilib.
Hazırda Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bakı 



