• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yevlaxda QƏTL: İllərə dayanan ədavət - TƏFƏRRÜAT - YENİLƏNİB

HADİSƏ

24 Iyul 2026 | 00:18 | Müəllif: Subhan Mahmudov

Yevlaxda QƏTL: İllərə dayanan ədavət - TƏFƏRRÜAT - YENİLƏNİB

Yevlaxda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayonun Hacıselli kəndində baş verən qətl hadisəsinin kökləri təxminən ilyarım öncəyə təsadüf edir. Belə ki, eyni kəndin sakinləri olan bu Eşqin İsmayılovla Natiq Abbasov arasında ilkin ədavət məhz həmin dönəmdə yaranıb.

Qətlə yetirilən 1984-cü il təvəllüdlü Eşqin İsmayılov vaxtilə 1963-cü il təvəllüdlü həmkəndlisi Natiq Abbasovu evinə dəvət edib. Bu zaman içkili vəziyyətdə olan Eşqin İsmayılovla Natiq Abbasov arasında mübahisə yaranıb. Mübahisə zəminində Eşqin İsmayılov oğlu ilə birlikdə Natiq Abbasovu döyərək ağır xəsarətlər yetirib. Bundan sonra E.İsmayılov 8 ay həbsdı qalıb.

Tərəflər arasında ədavət bununla bitməyib. Belə ki, Natiq Abbasov həmkəndlisinin həyətinin darvazası önündə növbəti dəfə onunla mübahisə edib və odlu silahdan açdığı atəşlə qətlə yetirib.

***

23 iyul, saat 22:51

Yevlaxda qətl törədilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Hacıselli kəndi ərazisində baş verib.

Odlu silahdan açılan atəş nəticəsində 1984-cü il təvəllüdlü Eşqin İsmayılov öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Natiq Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026