• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

"Bitcoin" ucuzlaşdı

İQTİSADİYYAT

25 Iyun 2026 | 10:00

Bitcoin ucuzlaşdı

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə əsasən mənfi dinamika qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC)-in qiyməti 61 460,66 ABŞ dolları təşkil edib. Kriptovalyuta son 24 saat ərzində 2,28% dəyər itirib.

    Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan Ethereum (ETH)-un qiyməti 1 643,35 ABŞ dolları olub. Aktiv son sutkada 1,87% ucuzlaşıb. BNB-nin qiyməti isə 569,61 ABŞ dolları təşkil edib ki, bu da son 24 saatda 1,74% azalma deməkdir.

    Digər iri kriptovalyutalar arasında XRP son 24 saatda 1,93%, Solana (SOL) 1,46%, Dogecoin (DOGE) isə 2,81% ucuzlaşıb. Hyperliquid (HYPE)-in qiyməti 63,27 ABŞ dolları olub və son sutkada 1,58% artıb.

    Stabilkoinlərdən Tether (USDT) 0,03% azalaraq 0,9985 ABŞ dolları, USD Coin (USDC) isə 0,01% geriləyərək 0,9997 ABŞ dolları səviyyəsində qərarlaşıb.

    Bununla yanaşı, əsas aktivlər arasında müsbət dinamika göstərənlərdən biri TRON (TRX) olub. Onun qiyməti 0,3298 ABŞ dollarına yüksəlib, son 24 saatda isə 0,27% artım qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Iyun 2026