Ukrayna limanlarına yükdaşıma tamamilə dayandırılıb.
Bakıvaxtı.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Vısotski açıqlama verib.
Ukraynalı nazir bildirib ki, son vaxtlara qədər limanlarda 4-5 gəmi yan alırdı. Bu, çox deyil, amma trafik var idi. Bu gündən etibarən gəmilərin yan alması dayandırılıb:
"Bu, gəmi sahiblərinin qərarıdır. Dövlət öz növbəsində heç bir məhdudiyyət tətbiq etməyib. Risklərin kəskin artmasından sonra gəmi sahibləri adətən əməliyyatları dayandırır və vəziyyəti qiymətləndirirlər".
Vısotski əlavə edib ki, trafikin dayandırılması dörd gündür davam edir. Fasilənin nə qədər davam edəcəyi hələ məlum deyil.
Gülşən Şərif
Bakı 



