Səudiyyə Ərəbistanı və ABŞ nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyi açıqlama verib.
Nazirlik bildirib ki, saziş nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığı gücləndirməyi, nüvə təhlükəsizliyi və yayılmama üzrə ən yüksək beynəlxalq standartlara uyğun olaraq təcrübə, bilik və texnologiya mübadiləsini təşviq etməyi hədəfləyir. Saziş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır.
Bundan başqa, sənəd enerji mənbələrinin şaxələndirilməsi, qabaqcıl texnologiyaların təşviqi və iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi səylərini dəstəkləyir.
Gülşən Şərif
Bakı 



