• Bakı 29° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Rusiya Kiyevdə dəmir yoluna zərbə endirib

DÜNYA

22 Avqust 2026 | 10:26

Rusiya Kiyevdə dəmir yoluna zərbə endirib

Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə "Ukrzaliznitsya"nın əməkdaşı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook"da bildirib.

Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib. "Bir işçi - briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub", - Pertsovski qeyd edib. Bundan başqa, "Ukrzaliznitsya"nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya qoşunları sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 42 yaşayış məntəqəsinə 539 zərbə endirib. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 19 nəfər, o cümlədən iki uşaq yaralanıb. "Yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 71 məlumat daxil olub", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026