• Bakı 29° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Krasnodarda dron dəhşəti: iki uşaq həlak oldu!

DÜNYA

22 Avqust 2026 | 13:29

Krasnodarda dron dəhşəti: iki uşaq həlak oldu!

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk dəniz limanına pilotsuz uçuş aparatları ilə (PUA) hücum təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukraine" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, hava zərbələri nəticəsində liman ərazisində lövbər salmış gəmilərdən birinə ciddi ziyan dəyib. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev hücum faktını təsdiqləyərək zərbələrin yalnız hərbi infrastruktura deyil, həm də mülki obyektlərə və yaşayış binalarına dəydiyini bildirib. Qubernatorun sözlərinə görə, dron hücumu zamanı Yeysk şəhərində iki azyaşlı uşaq həlak olub, daha iki böyük yaşlı sakin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ərazidə dağıntıların miqyasını müəyyənləşdirmək üçün fövqəladə xidmət əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026