• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Peşə təhsilində beynəlxalq sertifikat imkanları genişləndirilir

CƏMİYYƏT

23 Iyul 2026 | 11:14

Peşə təhsilində beynəlxalq sertifikat imkanları genişləndirilir

2026–2027-ci tədris ilindən peşə təhsilində beynəlxalq sertifikat proqramlarının əhatə dairəsi daha da genişləndiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq sertifikat proqramları sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində 3 peşə təhsili müəssisəsində həyata keçiriləcək. Proqramlar 7 ixtisası əhatə edəcək və təhsil müddəti 1 ildən 3 ilədək olacaq.

Sertifikat proqramları çərçivəsində tələbələr Pearson IT Specialist – Cyber Security, Autodesk Certified User: AutoCAD, MMA; MIG-MAG Welding və ACCA (F1, F2, F3) kimi beynəlxalq sertifikatlar əldə edə biləcəklər.

Bildirilib ki, proqramlar çərçivəsində kibertəhlükəsizlik, veb-dizayn və proqram təminatı, qrafik dizayn, informasiya texnologiyaları üzrə texniki dəstək, interyer dizaynı, elektrik qaz qaynaqçılığı və mühasibat uçotu ixtisasları üzrə beynəlxalq səviyyədə tanınan kvalifikasiyalar təqdim olunacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026