• Bakı 28° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

İraqın Baş naziri Tehrana səfər edib

SİYASƏT

23 Iyul 2026 | 14:12

İraqın Baş naziri Tehrana səfər edib

İraqın Baş naziri Əli əz-Zeydi yüksəksəviyyəli nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edib.

Bakıvaxtı.az-ın məlumatına görə, səfər çərçivəsində Əli əz-Zeydinin İran rəsmiləri ilə geniş spektrli məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir.

    İran Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlamasına əsasən, səfər zamanı Tehran və Bağdad arasında bir neçə əməkdaşlıq sənədinin imzalanması da mümkündür.

    Qeyd edək ki, bəzi xəbər mənbələri İraqı İran və ABŞ arasında yeni vasitəçi kimi qiymətləndirir və bu səfəri regionda gərginliyin azaldılması istiqamətində mühüm addım hesab edirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyul 2026