• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Qəbul planının 66%-i regionlara ayrıldı

CƏMİYYƏT

23 Iyul 2026 | 11:07

Qəbul planının 66%-i regionlara ayrıldı

Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsilinin keyfiyyətinin artırılması və infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işləri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə deyib.

Məlumata görə, qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür. Dual təhsil modeli üzrə 57 ixtisasa 2 min 560 tələbənin qəbulu planlaşdırılır və proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçiriləcək.

Bundan başqa, 2026-cı ildə 500-dək müəllimin ixtisasartırma və beynəlxalq təlimlərə cəlb olunması nəzərdə tutulur. Son illərdə 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir başa çatdırılıb, daha 5 müəssisədə işlər davam edir. 2024–2026-cı illərdə 46 yeni emalatxana yaradılıb, 8 peşə təhsili müəssisəsində isə ümumilikdə 1000 yerlik yataqxana fəaliyyət göstərir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026