• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Altı ayda bu şəxslərə reabilitasiya göstərilib

CƏMİYYƏT

23 Iyul 2026 | 12:40

Altı ayda bu şəxslərə reabilitasiya göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 70 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

ƏƏSMN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 36,6 mininə ambulator, 17,2 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

    Bildirilib ki, reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir:

    "Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyul 2026